AZ

Penalti nöqtəsini qazdı, rəqib qol vura bilmədi Video

Qol.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Penalti nöqtəsini qazdı, rəqib qol vura bilmədi - Video

Braziliyanın Paulista çempionatında keçirilən "Korintians" - "Palmeyras" derbisi (0:1) qalmaqallı epizodla yadda qalıb.

QOL.az "Goal"a istinadən xəbər verir ki, matçın anti-qəhrəmanı qonaqların yarımmüdafiəçisi Andreas Pereyra olub.

O, "Korintians"ın ulduzu Memfis Depay penalti zərbəsini yerinə yetirməyə hazırlaşarkən, xəlvətcə 11 metrlik nöqtəni ayağı ilə qazaraq zədələyib. Nəticədə zərbə anında ayağı sürüşən niderlandlı hücumçu topu qapıdan yan göndərib.

Xatırladaq ki, hər iki futbolçu vaxtilə "Mançester Yunayted"də komanda yoldaşı olublar.

Qeyd edək ki, penaltini qaçıran "Korintians" 84-cü dəqiqədə buraxdığı qolla məğlub olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
1
qol.az

2Mənbələr