Bakı. Trend:
Xəbər verdiyimiz kimi, AzərbaycanRespublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinəcinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğumaliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdətəqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsindəcinayət işi üzrə məhkəmə prosesi fevralın 10-da davametdirilib.
Trend xəbərverir ki, təqsirləndirilən şəxs son söz çıxışı edib.
R.Vardanyan son söz çıxışında konkret məsələlərlə bağlı yox,ümumi sözlərlə danışıb. O, Azərbaycan Respublikası CinayətMəcəlləsini oxuduğunu söyləyib.
Təqsirləndirilən şəxs çıxışında, həmçinin saxlanıldığı iki ildənartıq müddətdə özü üçün Azərbaycan poeziyasını kəşf etdiyini deyib.R.Vardanyan Azərbaycanın dahi şairləri Məhəmməd Füzulinin şeirinivə Hüseyn Cavidin poemasından bir hissəni rus dilində oxuyub.Bundan sonra o, çıxışını yekunlaşdırıb.