RU

Azərbaycan cüdoçuları dünya reytinqində ilk beşliyə yüksəlib

Azərbaycan cüdoçuları Balabəy Ağayev (60 kq) və Zelim Tskayev (81 kq) Parisdə keçirilən Böyük Dəbilqə seriyalı turnirdəki uğurlu nəticələrindən sonra dünya reytinqinin ilk beşliyinə daxil olublar.

İdman.Biz xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyası (IJF) Paris Böyük Dəbilqəsinin yekunlarına əsasən planetin ən güclü cüdoçularının yeni reytinq siyahısını açıqlayıb. Həmin turnirdə Azərbaycan cüdoçuları üç medal qazanıblar. Balabəy Ağayev (60 kq) turnirin qalibi olub, Zelim Tskayev (81 kq) gümüş medal əldə edib, Ruslan Paşayev (66 kq) isə bürünc mükafata sahib çıxıb.

Nəticədə 4 090 xal toplayan Balabəy Ağayev beş pillə irəliləyərək dördüncü yerə yüksəlib. Üçüncü pillədə qərarlaşan yaponiyalı Ryuju Nagayamadan azərbaycanlı cüdoçunu cəmi 80 xal ayırır ki, bu da cüdo meyarlarına görə minimal fərq hesab olunur. Öz növbəsində, Zelim Tskayev (81 kq) üç pillə yüksələrək 4 365 xalla dünya reytinqində ikinci yeri tutub. Bu çəkidə lider mövqedə 5 855 xalı olan rusiyalı Timur Arbuzov qərarlaşıb. Parisdə qazanılan bürünc medal Ruslan Paşayevə də müsbət təsir göstərib. O, 3 151 xalla doqquzuncu yerdən yeddinci pilləyə yüksələrək ilk onluqdakı mövqeyini möhkəmləndirib.

Bununla yanaşı, Paris Böyük Dəbilqəsini buraxan olimpiya çempionu Hidayət Heydərov (73 kq, 3836 xal) iki pillə geriləyərək dördüncü yerə düşüb. Eyni zamanda, Elcan Hacıyev (90 kq, 3246 xal) üçüncü pillədə qalıb, Zəlim Kotsoyev (100 kq, 4868 xal) ikinci yeri qoruyub saxlayıb, Uşangi Kokaouri isə (100 kq-dan yuxarı, 3726 xal) yeddinci mövqedə qalıb.

İdman.Biz
Избранный
24
1
idman.biz

2Источники