RU

İraqda neft emalı zavodunda yanğın: Ölən və yaralananlar var...

İraqın Səlahəddin əyalətindəki Baiji neft emalı zavodunda yanğın baş verib. 

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, kompressorun dəyişdirilməsi zamanı baş verən yanğın nəticəsində bir işçi həlak olub, 13 nəfər yaralanıb.

İraq Neft Nazirliyi hadisənin dünən saat 19:45-də  baş verdiyini açıqlayıb. Təhlükəsizlik qüvvələri alovu saat 20:00-da nəzarət altına alıb, söndürmə və soyutma əməliyyatları saat 20:15-ə qədər başa çatıb. 

Nigar,

Sitat.info

Избранный
49
1
sitat.info

2Источники