RU

Vüsalədən qızı ilə PAYLAŞIM: “Həyatıma gəlişin çiynimə elə yük qoydu ki…” - VİDEO

Aparıcı Vüsalə Əlizadə qızı Diləklə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, Vüsalə övladının videosunu paylaşaraq ad günü olduğumu bildirib:

“Bu gün həyatımda qızıl hərflərlə yazılan möcüzə gün, 10 fevral. Dünyanın içində dünyamı qucaqladığım gün. Dünyama gəlişin həyat rənglərimi dəyişdirməklə yanaşı, çiyinlərimə elə bir yük qoydu ki, özüm öz gücümə, iradəmə heyran qaldım. Səni həyatım, canım, sağlamlığım bahasına olsa belə istəmişdim Allahımdan. Şükürlər olsun ki, Allahım məni səninlə mükafatlandırdı.

Dünyama gəlişin mübarək, canım qızım. Bu yaşa qədər təkcə körpəm idin, artıq həm də həyat dostum, yoldaşım, sirdaşım, məsləhətinə sığınıb fikrinə ehtiyac duyduğum gələcəyim, bu dünyadakı tək tapınağımsan, canım qızım. Yaşanmamış uşaqlığım, bir göz qırpımında bitən gəncliyim, bundan sonrakı ən böyük arzularımın mayakısan, canım qızım. Ağıllı, mərhəmətli, sevgi dolu, dünya içində dünyam, məni ana edən Diləyim, həyatıma gəlişin mübarək“.

Qeyd edək ki, Vüsalə həmkarı Azər Zahidlə evli olub, ayrılıb.


Sara, Bizim.Media

Избранный
7
2
bizim.media

3Источники