AZ

Səni Allahdan həyatım bahasına istədim Video

Axsham.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Aparıcı Vüsalə Əlizadə qızı Diləklə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, aparıcı övladının ad günü olduğunu vurğulayıb. Hisslərini bölüşən Vüsalə bunları yazıb: 

"Bu gün həyatımda qızıl hərflərlə yazılan möcüzə gün, 10 fevral. Dünyanın içində dünyamı qucaqladığım gün. Dünyama gəlişin həyat rənglərimi dəyişdirməklə yanaşı, çiyinlərimə elə bir yük qoydu ki, özüm öz gücümə, iradəmə heyran qaldım. Səni həyatım, canım, sağlamlığım bahasına olsa belə istəmişdim Allahımdan. Şükürlər olsun ki, Allahım məni səninlə mükafatlandırdı.

Dünyama gəlişin mübarək, canım qızım. Bu yaşa qədər təkcə körpəm idin, artıq həm də həyat dostum, yoldaşım, sirdaşım, məsləhətinə sığınıb fikrinə ehtiyac duyduğum gələcəyim, bu dünyadakı tək tapınağımsan, canım qızım. Yaşanmamış uşaqlığım, bir göz qırpımında bitən gəncliyim, bundan sonrakı ən böyük arzularımın mayakısan, canım qızım. Ağıllı, mərhəmətli, sevgi dolu, dünya içində dünyam, məni ana edən Diləyim, həyatıma gəlişin mübarək".

Qeyd edək ki, V.Əlizadə aparıcı Azər Zahidlə ailəli olub. Onun bu nikahdan bir qız övladı var.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
2
axsam.az

3Mənbələr