RU

Rəşad Nəbiyev Salyanda vətəndaşları qəbul edəcək

Bakı. Trend:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 13 fevral2026-cı il tarixində saat 09:00-da Salyan şəhərində yerləşən HeydərƏliyev Mərkəzində Hacıqabul, Salyan, Neftçala rayonlarının,həmçinin Şirvan şəhərinin sakinlərini qəbul edəcək.

Trend xəbərverir ki, bu barədə RİNN məlumat yayıb.

Bildirilir ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat,telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçtxidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlıvətəndaşları dinləyəcək.

Qəbula 12 fevral 2026-cı il tarixinə qədər Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digəridarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda fevral ayıüzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmişsiyahısı əsasında qəbul ediləcəklər.

Избранный
21
6
az.trend.az

9Источники