AZ

Rəşad Nəbiyev Salyanda vətəndaşlarla görüşəcək

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev fevral 13-də Salyan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Hacıqabul, Salyan, Neftçala rayonlarının, həmçinin Şirvan şəhərinin sakinləri ilə görüşəcək.

Nazirlikdən SİA-ya bildirilib ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula fevral 12-dək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Çağrı mərkəzi” (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda fevral ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.

Seçilən
14
4
sia.az

9Mənbələr