RU

Siyarto: “Avropa İttifaqı Gürcüstandan uzaqlaşmaqla ciddi səhvə yol verir”

ain.az, Ayna portalına istinadən məlumat yayır.

“Gürcüstanla sıx danışıqlar Ukrayna ilə müqayisədə daha faydalı olardı"

"Vəziyyət aydındır: Gürcüstan Avropa İttifaqını gücləndirər və Gürcüstanla sıx danışıqlar Ukrayna ilə müqayisədə daha faydalı olardı". AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Macarıstanın xarici işlər naziri Peter Siyarto Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.

Siyarto Gürcüstana əməkdaşlığına görə təşəkkür edib: "Biz inanırıq ki, Aİ Gürcüstandan uzaqlaşmaqla ciddi səhvə yol verir. Bizim baxışımızdan vəziyyət aydındır: Gürcüstan Aİ-ni gücləndirəcək və Ukrayna ilə müqayisədə Gürcüstanla sıx danışıqlar aparmaq daha faydalı olardı. Çünki Ukrayna təkcə Aİ-ni zəiflətməyəcək, həm də taxıl və digər məhsullarının son dərəcə aşağı keyfiyyəti səbəbindən təhlükə yaradacaq”.

“Gürcüstanın əməkdaşlığına və suverenliyimizi dəstəklədiyinizə görə çox təşəkkür edirəm. Sizi əmin etmək istəyirəm ki, Macarıstanın suveren hökuməti olduğu müddətcə Macarıstan və Gürcüstan həmişə qarşılıqlı hörmət əsasında əməkdaşlıq edəcəklər", - nazir vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
78
32
ayna.az

10Источники