RU

"Reuters": ABŞ NATO-nun iki qərargahında aparıcı rolundan imtina etmək istəyir

ABŞ NATO-nun iki hərbi komandanlıq mərkəzinin idarə edilməsindəki rəhbər rolundan imtinanı, eyni zamanda alyansın bütün dəniz əməliyyatlarının idarəetmə mərkəzinə nəzarəti öz üzərinə götürməyi planlaşdırır.

"Far.Az" xəbər verir ki, bu barədə "Reuters" nəşri mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqton NATO-nun Norfolkdakı (Virciniya ştatı) Müştərək Qüvvələr Komandanlığına nəzarəti Böyük Britaniyaya, Neapoldakı komandanlığın şəxsi heyətlə təminatını isə İtaliyaya təhvil vermək niyyətindədir.

Bununla yanaşı, ABŞ NATO-nun Müttəfiq Dəniz Komandanlığını – alyansın bütün dəniz qüvvələrinin Böyük Britaniyanın Hartfordşir qraflığında yerləşən əsas idarəetmə mərkəzini öz rəhbərliyi altına almağı planlaşdırır.

Yenidənqurma planı həmçinin Almaniya və Polşanın Niderlandın Brunssum şəhərindəki NATO Müştərək Qüvvələr Komandanlığını öz üzərinə götürməsini nəzərdə tutur. Nəşr bildirib ki, hazırda bu işlə, əsasən, Mərkəzi və Şərqi Avropadakı çoxmillətli qüvvələri koordinasiya edən almaniyalı general məşğul olur.

Избранный
76
1
far.az

2Источники