RU

Türkiyədə braziliyalıları təəccübləndirən 5 vərdiş

Metbuat saytına istinadən ain.az xəbər verir.

Braziliya əsilli aktrisa və model Jessica May Türkiyədə yaşadığı gündəlik həyatdan maraqlı detalları sosial mediada paylaşaraq, breziliyalıların ölkəmizə gəldikdə ən çox təəccübləndiyi 5 vərdişi açıqlayıb.

Metbuat.az xəbər verir ki, aktrisa sıralamanı belə yazıb:

- ⁠Yeməkdən sonra çay içmək: Jessica May bildirib ki, Türkiyədə yeməkdən sonra çay içmək sanki məcburiyyətdir və masadan çay içmədən qalxmaq olduqca çətindir.

- Evlərin qarşısında ayaqqabı qoyma ənənəsi: Brazilyada belə bir adət olmadığını deyən aktrisa, Türkiyədə evlərin girişində düzülmüş ayaqqabılara baxanda çox təəccübləndiyini vurğulayıb.

- Tıxacda siqnaldan geniş istifadə: May qeyd edib ki, Brazilyada tıxacda bu qədər siqnal səsi eşitmək mümkün deyil və Türkiyədə insanlar hələ işıq yanmadan belə siqnal verməyə başlayırlar.

- Zəngin səhər yeməyi mədəniyyəti: Onun sözlərinə görə, Brazilyada səhər yeməyi çox sadə olur, amma Türkiyədə masa o qədər dolu olur ki, bəzən boşqabı qoymağa yer tapmırsan.

- Kolonya istifadəsi: Jessica May Türkiyədə hər yerdə kolonya tapılmasını çox bəyəndiyini, bunun həm gigiyenik olduğunu, həm də xoş qoxu verdiyini deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
26
1
metbuat.az

2Источники