Metbuat saytına istinadən ain.az xəbər verir.
Braziliya əsilli aktrisa və model Jessica May Türkiyədə yaşadığı gündəlik həyatdan maraqlı detalları sosial mediada paylaşaraq, breziliyalıların ölkəmizə gəldikdə ən çox təəccübləndiyi 5 vərdişi açıqlayıb.
Metbuat.az xəbər verir ki, aktrisa sıralamanı belə yazıb:
- Yeməkdən sonra çay içmək: Jessica May bildirib ki, Türkiyədə yeməkdən sonra çay içmək sanki məcburiyyətdir və masadan çay içmədən qalxmaq olduqca çətindir.
- Evlərin qarşısında ayaqqabı qoyma ənənəsi: Brazilyada belə bir adət olmadığını deyən aktrisa, Türkiyədə evlərin girişində düzülmüş ayaqqabılara baxanda çox təəccübləndiyini vurğulayıb.
- Tıxacda siqnaldan geniş istifadə: May qeyd edib ki, Brazilyada tıxacda bu qədər siqnal səsi eşitmək mümkün deyil və Türkiyədə insanlar hələ işıq yanmadan belə siqnal verməyə başlayırlar.
- Zəngin səhər yeməyi mədəniyyəti: Onun sözlərinə görə, Brazilyada səhər yeməyi çox sadə olur, amma Türkiyədə masa o qədər dolu olur ki, bəzən boşqabı qoymağa yer tapmırsan.
- Kolonya istifadəsi: Jessica May Türkiyədə hər yerdə kolonya tapılmasını çox bəyəndiyini, bunun həm gigiyenik olduğunu, həm də xoş qoxu verdiyini deyib.



Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.