RU

Müştərilər içəridə olarkən obyekti yandırıb qapıları bağladılar - VİDEO

Qaradağın Qobustan qəsəbəsində yerləşən “Şeyx Lounge” restoranı yandırılıb.

Bizim.Media Bakupost.az-a istinadən xəbər verir ki, hadisə ötən gün saat 23:00 radələrində baş verib.

Yanğının baş verməsinə ilkin səbəb olaraq 2 nəfərin öz aralarında yaranmış mübahisə göstərilir. Belə ki, mübahisə davaya çevrildikdən sonra tərəflərdən biri obyektdə yanğın törədib. Ardınca isə müştərilərin hadisə yerini tərk edə bilməməsi üçün qapını arxadan bağlayıb. İnsidenti törədənin Cavid adlı şəxs olduğu bildirilir.
 

Müştərilərin həyatını isə iaşə obyektinin mətbəx bölməsinin arxa qapısı xilas edib. Hadisə nəticəsində 1 nəfər ayaq nahiyəsindən yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda isə bildirilir ki, bir dam altında tikilən, ümumi sahəsi 600 m² olan birmərtəbəli müxtəlif təyinatlı obyektlərdən (kafe, avtomoblil ehtiyat hissələrinin satışı mağazası və avtomobil təmiri sexləri) sahəsi 250 m² olan kafenin yanar konstruksiyaları yanıb.


DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov isə bildirib ki, qeyd olunan iaşə obyektinin qəsdən yandırılması ilə bağlı polisə məlumat daxil olub. Yanğını törətməkdə şübhəli bilinən iki nəfər müəyyən olunaraq saxlanılıb. Fakt üzrə araşdırmalar davam etdirilir.


Bizim.Media

Избранный
24
10
bizim.media

10Источники