RU

“Fənərbağça”da çıxış edən futbolçu Rusiya klubuna keçdi

Rusiyanın “Zenit” futbol klubu hücumçu Con Duranın heyətə cəlb olunduğunu açıqlayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Sankt-Peterburq təmsilçisi bu keçidlə bağlı Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə razılıq əldə edib. Razılaşmaya əsasən, 22 yaşlı futbolçu 2025/2026 mövsümünün sonunadək icarə əsasında “Zenit”in formasını geyinəcək.

Qeyd edək ki, Con Duran son olaraq Türkiyənin “Fənərbağça” klubunda çıxış edib.

Избранный
168
90deqiqe.az

1Источники