RU

Vens: ABŞ Ermənistan üçün yüksək performanslı "Nvidia" çiplərinin ixrac lisenziyalarını verib

ABŞ Ermənistana yüksək performanslı "Nvidia" çiplərinin satışı üçün bir sıra ixrac lisenziyaları verib.

"Far.Az" xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ermənistanın Baş naziri ilə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, dünyanın bir çox ölkəsində olmayan bu çiplər Ermənistanda yeni məlumat emalı mərkəzlərinin tikintisi üçün istifadə olunacaq. O qeyd edib ki, layihənin icrasına faktiki olaraq başlanılıb.

"Bu nə deməkdir? Bu, amerikalı işçilər və şirkətlər üçün yeni bazarlar, həmçinin Ermənistan xalqı üçün daha böyük rifah deməkdir", - Vens əlavə edib.

Избранный
12
4
far.az

5Источники