AZ

Vens: ABŞ Ermənistan üçün yüksək performanslı "Nvidia" çiplərinin ixrac lisenziyalarını verib

ABŞ Ermənistana yüksək performanslı "Nvidia" çiplərinin satışı üçün bir sıra ixrac lisenziyaları verib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens Ermənistanın Baş naziri ilə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, dünyanın bir çox ölkəsində olmayan bu çiplər Ermənistanda yeni məlumat emalı mərkəzlərinin tikintisi üçün istifadə olunacaq. O qeyd edib ki, layihənin icrasına faktiki olaraq başlanılıb.

"Bu nə deməkdir? Bu, amerikalı işçilər və şirkətlər üçün yeni bazarlar, həmçinin Ermənistan xalqı üçün daha böyük rifah deməkdir", - Vens əlavə edib.

Seçilən
8
4
ikisahil.az

5Mənbələr