RU

Tramp Marşrutu ticarət, tranzit və enerji axınları üçün tamamilə yeni imkanlar açacaq – Vens

Bakı. Trend:

"Beynəlxalq sülh və rifah üçün Tramp Marşrutu" (TRIPP) regiondaticarət, tranzit və enerji axınları üçün tamamilə yeni imkanlaraçacaq.

Trend-inməlumatına görə, bunu ABŞ-nin vitse-prezidenti Cey Di VensErmənistanda ölkənin Baş naziri Nikol Paşinyanla keçirilən birgəmətbuat konfransı zamanı deyib.

“Bu, regionda ticarət, tranzit və enerji axınları üçün tamamiləyeni imkanlar açacaq və Ermənistanla qonşuları arasında misligörünməmiş əlaqələr yaradacaq. Bu, şübhəsiz ki, Ermənistan xalqınınrifahına töhfə verəcək, lakin eyni zamanda dayanıqlı sülh üçün dəvacibdir. Çünki qarşılıqlı əlaqəli iqtisadiyyatların, enerjisektorlarının və digər sahələrin yaradılması bu regionda möhkəmsülhün bərqərar olmasına imkan yaradır. Biz təkcə sülh yaratmaqyox, həm də bu sülhün uzunmüddətli olmasını təmin etmək istəyirikvə bu gün məhz buna nail oluruq”, – deyə o bildirib.

Qeyd edək ki, 8 avqust 2025-ci ildə ABŞ Prezidenti Donald Trampilə Vaşinqtonda keçirilən üçtərəfli görüşün yekununda AzərbaycanPrezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol PaşinyanBakı ilə İrəvan arasında sülhün təmin edilməsi və Azərbaycanın əsashissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin qurulması barədəbirgə bəyannamə imzalayıblar. Bu layihə “Beynəlxalq Sülh və Rifahnaminə Tramp Marşrutu” adını alıb.

Məqalədə:
Избранный
63
4
az.trend.az

5Источники