AZ

Tramp Marşrutu ticarət, tranzit və enerji axınları üçün tamamilə yeni imkanlar açacaq – Vens

"Beynəlxalq sülh və rifah üçün Tramp Marşrutu" (TRIPP) regionda ticarət, tranzit və enerji axınları üçün tamamilə yeni imkanlar açacaq.

Bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ermənistanda ölkənin Baş naziri Nikol Paşinyanla keçirilən birgə mətbuat konfransı zamanı deyib.

"Bu, regionda ticarət, tranzit və enerji axınları üçün tamamilə yeni imkanlar açacaq və Ermənistanla qonşuları arasında misli görünməmiş əlaqələr yaradacaq. Bu, şübhəsiz ki, Ermənistan xalqının rifahına töhfə verəcək, lakin eyni zamanda dayanıqlı sülh üçün də vacibdir. Çünki qarşılıqlı əlaqəli iqtisadiyyatların, enerji sektorlarının və digər sahələrin yaradılması bu regionda möhkəm sülhün bərqərar olmasına imkan yaradır. Biz təkcə sülh yaratmaq yox, həm də bu sülhün uzunmüddətli olmasını təmin etmək istəyirik və bu gün məhz buna nail oluruq", - deyə o bildirib.

Qeyd edək ki, 8 avqust 2025-ci ildə ABŞ Prezidenti Donald Tramp ilə Vaşinqtonda keçirilən üçtərəfli görüşün yekununda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülhün təmin edilməsi və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin qurulması barədə birgə bəyannamə imzalayıblar. Bu layihə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" adını alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
21
4
olaylar.az

5Mənbələr