RU

Qaranlıqdakı gizli düşmən: Dünya əhalisinin yarısı 2050 də eynək taxacaq

ain.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Rəqəmsal ekranlar gündəlik həyatda yalnız bir seçim deyil, həm də ciddi bir sağlamlıq xəbərdarlığıdır. 

Ölkə.Az xəbər verir ki, türkiyəli oftalmoloq Diclehan Ali Dicle deyib ki, əgər vaxtında tədbir görülməsə, 2050-ci ildə dünya əhalisinin yarısı eynəkdən istifadə edəcək:

Mütəxəssis bildirib ki, axşamlar işıqları söndürdükdən sonra telefona baxmaq vərdişi həm bioloji saatı pozur, həm də daimi görmə problemlərinə səbəb olur:

“Beynimizdəki melatonin hormonu yuxuya getməyi asanlaşdırır. Lakin mobil telefon ekranlarından yayılan işıq bu hormonun ifrazını maneə törədir. Bu, həm yuxuya getməyi çətinləşdirir, həm də yuxunun keyfiyyətini aşağı salır.

Uşaqlarda gündə iki saatdan çox mobil telefon istifadəsi miopiyanın inkişafını sürətləndirir. Qaranlıqda ekran istifadəsi bu riski daha da artırır. 2050-ci ilə qədər dünyanın yarısının miopiyadan əziyyət çəkəcəyi proqnozlaşdırılır”.

Oftalmoloq kompüter və ya telefon ekranlarına uzun müddət baxanlar üçün 2 iyirmi qaydasını tətbiq etməyi tövsiyə edib: 

“Hər 20 dəqiqədən bir 20 saniyə ərzində təxminən 6 metr uzaqlığa baxmaq göz əzələlərini dincəldir və baş ağrılarını və göz yorğunluğunu azaldır. Ekrana baxarkən göz qırpma refleksi azalır ki, bu da quruluğa səbəb olur. Qısa fasilələrlə bu refleksi yenidən tarazlaşdıra bilərik", - deyə o bildirib.

Billurə

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
30
2
olke.az

3Источники