Qaradağ rayonunda dərmandan zəhərlənən 36 yaşlı kişi xəstəxanada ölüb.

Leqal.info xəbər verir ki, hadisə ötən gün rayonun Lökbatan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 1990-cı il təvəllüdlü İsgəndər Hacıyev fevralın 3-də dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O, fevralın 6-da orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info