Qaradağ rayonunda dərmandan zəhərlənən 36 yaşlı kişi xəstəxanada ölüb.
APA-nın məlumatına görə, hadisə ötən gün rayonun Lökbatan qəsəbəsində baş verib.
Qəsəbə sakini 1990-cı il təvəllüdlü İsgəndər Hacıyev fevralın 3-də dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O, ötən gün orada ölüb.
Faktla bağlı araşdırmalar aparılır.