Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana xarici ölkələrdən 4,3 milyon ABŞ dolları dəyərində 8 min 667 ton badımcan gətirilib.
"Far.Az"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 11 %, kəmiyyət olaraq – 11 % azdır.
Hesabat dövründə Azərbaycan İrandan 4,1 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 12 % az) 8 min 154 ton (-12 %), Türkiyədən 259 min ABŞ dolları dəyərində (+7 %) 512 ton (+6 %) və Yaponiyadan 0,2 min ABŞ dolları dəyərində 0,01 ton məhsul alıb.
Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Yaponiyadan tədarük həyata keçirilib.