AZ

Azərbaycan Yaponiyadan badımcan tədarük etməyə başlayıb

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana xarici ölkələrdən 4,3 milyon ABŞ dolları dəyərində 8 min 667 ton badımcan gətirilib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 11 %, kəmiyyət olaraq – 11 % azdır.

Hesabat dövründə Azərbaycan İrandan 4,1 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 12 % az) 8 min 154 ton (-12 %), Türkiyədən 259 min ABŞ dolları dəyərində (+7 %) 512 ton (+6 %) və Yaponiyadan 0,2 min ABŞ dolları dəyərində 0,01 ton məhsul alıb.

Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Yaponiyadan tədarük həyata keçirilib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
4
cebheinfo.az

5Mənbələr