RU

Övladına xəsarət yetirməkdə ittiham olunan AXCP funksioneri saxlanıldı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Abşeron rayon təşkilatına rəhbərlik edən Əhməd Əhmədov saxlanılıb.

Far.Az Lent.az-a istinadən xəbər verir ki, partiya funksioneri öz övladına fiziki zorakılıq tətbiq etməkdə ittiham olunur.

Ciddi bədən xəsarətləri alan övladın atası barəsində hüquq-mühafizə orqanlarına şikayət etdiyi bildirilir.

Daxil olan müraciət əsasında faktla bağlı cinayət işi açılıb və Ə.Əhmədov istintaqa cəlb edilərək tutulub.

Məhkəmə prosesində çıxarılan qərara əsasən, onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri tətbiq edilib.

Избранный
31
5
far.az

7Источники