AZ

Övladına xəsarət yetirən AXCP funksioneri həbs edildi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Abşeron rayon təşkilatına rəhbərlik edən Əhməd Əhmədov saxlanılıb.

"Cebheinfo.az"  lent.az-a istinadən xəbər verir ki, partiya funksioneri öz övladına fiziki zorakılıq tətbiq etməkdə ittiham olunur.

Ciddi bədən xəsarətləri alan övladın atası barəsində hüquq-mühafizə orqanlarına şikayət etdiyi bildirilir.

Daxil olan müraciət əsasında faktla bağlı cinayət işi açılıb və Ə.Əhmədov istintaqa cəlb edilərək tutulub.

Məhkəmədə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri tətbiq edilib.

"Cebheinfo.az"

Seçilən
18
5
cebheinfo.az

7Mənbələr