RU

Dövlət teatrlarında islahatlara başlanıldı

Bakivaxti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Dövlət teatrlarında idarəetmə sistemindəki islahatlar çərçivəsində ştat cədvəllərinin yenilənməsinə başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından "Report"un sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, teatrın əsasnaməsi, idarəetmə strukturu və ştat cədvəli yenilənib və müasir idarəetmə prinsiplərinə uyğunlaşdırılıb.

Belə ki, yeni yaradılan şöbə və bölmələr üzrə aşağıdakı təyinatlar həyata keçirilib.

Yaradıcılıq şöbəsinin müdiri vəzifəsinə Aidə Qafarova;

Strategiya və kommunikasiya şöbəsinin menecer-şöbə müdiri vəzifəsinə Lalə Məmmədova;

Artist heyətinin idarə edilməsi bölməsinin müdiri vəzifəsinə Elnur Məmmədov;

Geyim və səhnə tərtibatı şöbəsinin müdiri vəzifəsinə Fuad Qədirov;

Səhnə quraşdırma, səs və işıq bölməsinin müdiri vəzifəsinə isə Faiq Həsənov təyin olunub.

Sorğuya cavab da həmçinin qeyd olunub ki, islahatların əsas məqsədi dövlət teatrlarında idarəetmə mexanizmlərini daha səmərəli, çevik və şəffaf etmək, qərar qəbuletmə prosesini təkmilləşdirmək və yaradıcılıq potensialının daha effektiv şəkildə reallaşdırılmasına şərait yaratmaqdır.

Məlumat üçün xatırladaq ki, Mədəniyyət Nazirliyi dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində müvafiq qərarlar qəbul edib.

Qərara əsasən, "Teatr və teatr fəaliyyəti haqqında" qanunun tələblərinə uyğun olaraq, dövlət teatrlarının əsasnamələri, strukturu və ştat cədvəlləri yenidən işlənilərək təsdiqlənib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
40
3
bakivaxti.az

9Источники