ain.az, Oxu.az portalına istinadən məlumat yayır.
"Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında idarəetmə strukturu və ştat cədvəli yenilənib.
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq teatrın Mətbuat Xidmətindən verilib.
Qeyd olunub ki, ştat cədvəllərinin yenilənməsi dövlət teatrlarının idarəetmə sistemində aparılan islahatlar çərçivəsində həyata keçirilib.
"İslahatların əsas məqsədi dövlət teatrlarında idarəetmə mexanizmlərini daha səmərəli, çevik və şəffaf etmək, qərar qəbuletmə prosesini təkmilləşdirmək və yaradıcılıq potensialının daha effektiv şəkildə reallaşdırılmasına şərait yaratmaqdır.
Yeni yaradılan şöbə və bölmələr üzrə təyinatlara gəlincə, yaradıcılıq şöbəsinin müdiri vəzifəsinə Aidə Qafarova, strategiya və kommunikasiya şöbəsinin menecer-şöbə müdiri vəzifəsinə Lalə Məmmədova, artist heyətinin idarə edilməsi bölməsinin müdiri vəzifəsinə Elnur Məmmədov, geyim və səhnə tərtibatı şöbəsinin müdiri vəzifəsinə Fuad Qədirov, səhnə quraşdırma, səs və işıq bölməsinin müdiri vəzifəsinə isə Faiq Həsənov təyin olunublar.
Xatırladaq ki, Mədəniyyət Nazirliyi dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətindəki müvafiq qərarlar əsasında dövlət teatrlarının əsasnamələri, strukturu və ştat cədvəlləri yenidən təsdiqlənib.
Əzizə İsmayılova
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.