RU

XX əsrin etnoqrafik xəzinəsi

Yazını böyüt
Yazını kiçilt

Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda qorunan maraqlı məişət nümunələrindən biri Qazax bölgəsinə aid xurcundur.

Hafta.az xəbər verir ki, bu toxuculuq məmulatı XX əsrin əvvəllərində yun ipdən hazırlanıb və dövrün gündəlik həyat tərzini əks etdirən əhəmiyyətli etnoqrafik material hesab olunur.

Xurcun ikigözlü formada toxunub və əsasən ev təsərrüfatında müxtəlif əşyaların daşınması məqsədilə istifadə edilib. Nümunənin üzərində yer alan həndəsi naxışlar və rənglərin canlı uyğunluğu bölgəyə xas bədii zövqü nümayiş etdirir. Qotazlı bağlar isə məmulatın həm istifadəsini asanlaşdırıb, həm də estetik görünüşünü tamamlayıb.

Mütəxəssislərin fikrincə, bu tip xurcunlar təkcə praktik əşya olmayıb, eyni zamanda, xalqın dünyagörüşünü, simvolik düşüncəsini və ənənəvi sənətkarlıq bacarığını özündə birləşdirib. Hazırda muzeydə mühafizə olunan bu nümunə Azərbaycanın toxuculuq irsinin öyrənilməsi baxımından dəyərli mənbə kimi qiymətləndirilir.

Избранный
28
2
hafta.az

3Источники