RU

Zərərsizləşdirililmiş minaların sayı açıqlandı

ain.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azad olunan ərazilərdə fevralın 2-dən 8-dək 8 tank əleyhinə mina, 97 piyada əleyhinə mina, 223 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Məlumata əsasən, 669.1 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
169
9
metbuat.az

9Источники