AZ

Zərərsizləşdirililmiş minaların sayı açıqlandı

Azad olunan ərazilərdə martın 2-dən 9-dək 15 tank əleyhinə mina, 8 piyada əleyhinə mina, 743 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.Metbuat.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb Məlumata əsasən, 1 191, 2 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.

Seçilən
13
9
metbuat.az

9Mənbələr