RU

Azərbaycan–ABŞ strateji tərəfdaşlığı iqtisadi əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar yaradır - Nazir (FOTO)

Bakı. Trend:

Dövlət başçılarımızın siyasi iradəsi sayəsində Azərbaycan-ABŞmünasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsiiqtisadi əməkdaşlığın şaxələndirilməsi üçün geniş imkanlaryaradır.

Trend xəbərverir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri MikayılCabbarov “X” hesabında paylaşım edib.

“ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, YaxınŞərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin rəhbərliketdiyi biznes missiyası ilə dəyirmi masada ölkəmizdə makroiqtisadisabitlik və davamlı inkişaf prinsipləri əsasında formalaşmışiqtisadi mühitin yeni tərəfdaşlıqlar üçün əlverişli zəminyaratdığını vurğuladıq.

Azərbaycan və ABŞ-nin biznes nümayəndələrinin birgəfəaliyyətinin təşviqi, enerji, nəqliyyat, investisiya, ticarət,sənaye, innovasiya, rəqəmsallaşma və digər sahələrdə əməkdaşlığıngenişləndirilməsi üçün növbəti addımları və potensial layihələrinəzərdən keçirdik”, - paylaşımda qeyd edilib.

Azərbaycan–ABŞ
Azərbaycan–ABŞ
Məqalədə:
Избранный
59
7
az.trend.az

10Источники