AZ

Azərbaycan və ABŞ birgə potensial layihələri nəzərdən keçirib

Azərbaycan və ABŞ-nin biznes nümayəndələrinin birgə fəaliyyətinin təşviqi, enerji, nəqliyyat, investisiya, ticarət, sənaye, innovasiya, rəqəmsallaşma və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün növbəti addımları və potensial layihələri nəzərdən keçirilib.

“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir bildirib ki, bu müzakirələr ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin rəhbərlik etdiyi biznes missiyası ilə baş tutan dəyirmi masada aparılıb.

Dəyirma masada ölkəmizdə makroiqtisadi sabitlik və davamlı inkişaf prinsipləri əsasında formalaşmış iqtisadi mühitin yeni tərəfdaşlıqlar üçün əlverişli zəmin yaratdığını vurğulanıb.

M. Cabbarov qeyd edib ki, dövlət başçılarının siyasi iradəsi sayəsində Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi iqtisadi əməkdaşlığın şaxələndirilməsi üçün geniş imkanlar yaradır.

Seçilən
12
8
ikisahil.az

10Mənbələr