RU

Arif Həsənovun 25 milyonluq əmlakı müsadirə olundu - Foto

Azərinşaatservis MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub.
BUTA.TVTeleqraf-a istinadən xəbər verir ki, söhbət Bakının Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3105-ci Məhəllə, Naxçıvani küçəsi, 57C-də yerləşən ərazidən və onun daxilindəki qeyri-yaşayış obyektlərindən gedir. Burada icarə əsasında bir sıra tanınmış şirkətlər fəaliyyət göstərir. Arif Həsənovun müsadirə olunan əmlakı dövlət hərracında satılacaq. Qeyd edək ki, 2015-ci ildə Azərbaycan Beynəlxalq Bankından yüksək məbləğdə kredit götürərək qaytarmayan daha bir qrup şəxs həbs edilib. Onların arasında Azərinşaatservis MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənov, Azərinşaatservis MMC-nin təsisçisi olduğu “Trek İnvest” SC-nin direktor əvəzi Əli Əlişov da olub. Elə həmin ildə “Azərinşaatservis”in Dərnəgüldəki ofisinin qarşısında maaşların verilməsi tələbi ilə fəhlələr tərəfindən aksiya keçirilmişdi. Maraqlıdır ki, aksiyada iştirak edən və 5 aydır maaşlarını ala bilməyən işçilər şirkətin Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevə məxsus olduğunu iddia edirdilər.

“Azərinşaatservis” 2015-ci ildə həbs edilən Müşahidə Şurasının sədri Arif Həsənov 1 il sonra azadlığa buraxılmışdı. Cahangir Hacıyev məhkəmədə ifadəsində "Azərinşaatservis"ə 2011-2012-ci illərdə 350 milyon manat kredit ayrıldığını açıqlamışdı.

Избранный
21
13
buta.tv

10Источники