“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub.
Burada icarə əsasında bir sıra tanınmış şirkətlər fəaliyyət göstərir. Arif Həsənovun müsadirə olunan əmlakı dövlət hərracında satılacaq.
Qeyd edək ki, 2015-ci ildə Azərbaycan Beynəlxalq Bankından yüksək məbləğdə kredit götürərək qaytarmayan daha bir qrup şəxs həbs edilib. Onların arasında “Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənov, “Azərinşaatservis” MMC-nin təsisçisi olduğu “Trek İnvest” SC-nin direktor əvəzi Əli Əlişov da olub.
Elə həmin ildə “Azərinşaatservis”in Dərnəgüldəki ofisinin qarşısında maaşların verilməsi tələbi ilə fəhlələr tərəfindən aksiya keçirilmişdi. Maraqlıdır ki, aksiyada iştirak edən və 5 aydır maaşlarını ala bilməyən işçilər şirkətin Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevə məxsus olduğunu iddia edirdilər.
“Azərinşaatservis” 2015-ci ildə həbs edilən Müşahidə Şurasının sədri Arif Həsənov 1 il sonra azadlığa buraxılmışdı. Cahangir Hacıyev məhkəmədə ifadəsində "Azərinşaatservis"ə 2011-2012-ci illərdə 350 milyon manat kredit ayrıldığını açıqlamışdı.


.jpg)
