Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Sabah” klubu cari mövsümdə Misli Premyer Liqasında vurduğu qolların sayını 40-a çatdırıb.
"Cebheinfo.az" xəbər verir ki, “bayquşlar” buna çempionatın 19-cu turunda “Araz-Naxçıvan” üzərində 4:1 hesablı qələbə qazandıqları oyunda nail olublar.
Görüşün 68-ci dəqiqəsində fərqlənən Xəyal Əliyev paytaxt təmsilçisinin mövsümdə vurduğu 40-cı qolun müəllifi olub.
Xatırladaq ki, “Sabah” ötən mövsüm Premyer Liqada ümumilikdə 50 qol vurmuşdu. Komanda çempionatı 48 xalla 5-ci pillədə başa vurmuş, 40 qola isə yalnız 30-cu turda çatmışdı.
Qeyd edək ki, “Sabah” hazırda 19 oyundan sonra 46 xalla turnir cədvəlinin vahid lideridir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.