AZ

“Sabah” bu nəticəyə 19-cu turda çatdı

“Sabah” klubu cari mövsümdə Misli Premyer Liqasında vurduğu qolların sayını 40-a çatdırıb.

"Cebheinfo.az" xəbər verir ki, “bayquşlar” buna çempionatın 19-cu turunda “Araz-Naxçıvan” üzərində 4:1 hesablı qələbə qazandıqları oyunda nail olublar.

Görüşün 68-ci dəqiqəsində fərqlənən Xəyal Əliyev paytaxt təmsilçisinin mövsümdə vurduğu 40-cı qolun müəllifi olub.

Xatırladaq ki, “Sabah” ötən mövsüm Premyer Liqada ümumilikdə 50 qol vurmuşdu. Komanda çempionatı 48 xalla 5-ci pillədə başa vurmuş, 40 qola isə yalnız 30-cu turda çatmışdı.

Qeyd edək ki, “Sabah” hazırda 19 oyundan sonra 46 xalla turnir cədvəlinin vahid lideridir.

"Cebheinfo.az"

Seçilən
8
2
cebheinfo.az

3Mənbələr