RU

Deputat Məşhur Məmmədov Masallıda vətəndaş qəbulu keçirib » AzadMedia.az


Milli Məclisin deputatı Məşhur Məmmədov yeni iş həftəsinə vətəndaş qəbulu ilə başlayıb. Qəbul Masallı rayonunda Yeni Azərbaycan Partiyasının inzibati binasında təşkil olunub.
Görüşdə ümumilikdə 20 nəfər vətəndaş iştirak edib. Müraciət edənlər arasında Vətən Müharibəsi qazisi də olub. Qəbul zamanı deputatın köməkçiləri ilə yanaşı, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev də iştirak edib.
Vətəndaşların müraciətləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin həlli üçün müvafiq tədbirlərin görülməsi barədə tapşırıqlar verilib. Bir sıra problemlər yerindəcə həllini tapıb, deputatın səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydə alınıb.
Millət vəkili Məşhur Məmmədov bildirib ki, hər bir seçicinin müraciəti onun üçün önəmlidir və qaldırılan məsələlərin operativ, qanunauyğun həlli daim diqqət mərkəzində saxlanılır.
Qəbulda iştirak edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev də seçicilərlə söhbəti zamanı vətəndaşların dövlət başçısının həyata keçirdiyi sosial siyasət nəticəsində rifah halının yüksəldiyini vurğulayıb, Prezident İlham Əliyevə göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirib.
Seçicilər də ölkədə aparılan islahatlara, sosial rifahın yaxşılaşdırılmasına və bölgələrin inkişafına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Избранный
77
1
azadmedia.az

2Источники