RU

Portuqaliyanın yeni Prezidenti seçildi

Portuqaliyada keçirilən prezident seçkilərinin ikinci turunda Sosialist Partiyasının (PS) namizədi Antonio Jose Seguro qalib gəlib.

Missiya.Az xəbər verir ki, Milli Seçki Komissiyasının açıqladığı rəsmi nəticələrə əsasən, Antonio Jose Seguro səslərin 66,2 faizini toplayaraq ölkənin yeni prezidenti seçilib. Onun əsas rəqibi, ifrat sağçı Çeqa Partiyasının lideri Andre Ventura isə 33,8 faiz səs qazanıb.

Qeyd edək ki, iki müddət prezident vəzifəsində çalışmış Marselo Rebelo de Sousanın Konstitusiyaya əsasən yenidən namizədliyini irəli sürə bilməməsi səbəbindən keçirilən seçkilərdə 11 milyondan çox seçici səsvermədə iştirak edib.

63 yaşlı Antonio Jose Seguro bu qələbə ilə 1974-cü il Qərənfillər İnqilabından sonra Portuqaliyanın demokratik tarixində 8-ci prezident olub.

Seyranə QuliyevaMissiya.Az

Избранный
65
missiya.az

1Источники