RU

Azərbaycan kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığı gücləndirir - Samir Məmmədov

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi öz fəaliyyəti vasitəsilə strateji sənədlərdə müəyyən edilmiş hədəflərin icrasını təmin edir vəhəyata keçirdiyi layihələr kibertəhlükəsizlik sahəsində insankapitalının inkişafına və milli ekosisteminmöhkəmləndirilməsinə mühüm töhfə verir.

Day.Az xəbər verir ki, bu fikirləri bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Samir Məmmədov Kibertəhlükəsizlik Mərkəzinin 6-cı məzun günü tədbirində çıxışında deyib.

O bildirib ki, bu günə qədər 360-a yaxın şəxs red və blue team, yəni hücum və müdafiə üzrə təlimləri başa vurub və onların 86 faizi artıq müvafiq sahədə işlə təmin olunub:

"120 nəfər dövlət və özəl sektorda çalışan mütəxəssis ixtisasartırma proqramlarında iştirak edib, 53 qurumda kibermaarifləndirmə təlimləri təşkil olunub, 7 minəyaxın şəxs kibergigiyena üzrə biliklərini artırıb. 200-ə yaxın rəhbər şəxs üçün kibermaarifləndirmə təlimləri keçirilib. Bu təlimlər də kibertəhlükəsizliyə yalnız texniki deyil, eynizamanda idarəetmə və strateji səviyyədə yanaşmanınvacibliyini göstərir".

RİNN rəsmisi qeyd edib ki, akademik istiqamətdə də mühüm addımlar atılıb. Bu çərçivədə ali və peşə təhsili müəssisələri ilə əməkdaşlıqəlaqələri qurulub.

"Əməkdaşlığın əsas məqsədi ali və peşətəhsili müəssisələrində kibertəhlükəsizlik və əlaqəli sahələrüzrə tədris olunan fənlərin sillabuslarının beynəlxalqtələblərə uyğun şəkildə təkmilləşdirilməsi, tələbə və müəllimheyətinin qabaqcıl beynəlxalq bilik və təcrübələrlə təminedilməsidir. Bu əməkdaşlıq çərçivəsində 5 ali təhsilmüəssisəsində 7 fərqli fənn üzrə tədris həyata keçirilib, 3 kibertəhlükəsizlik məhsulunun hazırlanmasına dəstəkgöstərilib və 3 beynəlxalq yarışa hazırlıq proqramı uğurlaicra olunub.

Həyata keçirilən bütün bu işlər "Azərbaycan Respublikasınınİnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası"nın uğurla icrasına vəhədəflərin reallaşdırılmasına xidmət edir".

Избранный
19
2
day.az

4Источники