AZ

Samir Məmmədov: Kibertəhlükəsizlik üzrə məzunların 86 faizi işlə təmin olunub

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi öz fəaliyyəti vasitəsilə strateji sənədlərdə müəyyən edilmiş hədəflərin icrasını təmin edir və həyata keçirdiyi layihələrlə kibertəhlükəsizlik sahəsində insan kapitalının inkişafına, eləcə də milli ekosistemin möhkəmləndirilməsinə mühüm töhfə verir".

Oxu.Az xəbər verir ki, bu fikirləri bu gün rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Kibertəhlükəsizlik Mərkəzinin 6-cı məzun günü tədbirində çıxışında deyib.

O bildirib ki, bu günədək 360-a yaxın şəxs "red" və "blue team", yəni hücum və müdafiə üzrə təlimləri başa vurub və onların 86 faizi artıq müvafiq sahədə işlə təmin olunub:

"120 nəfər dövlət və özəl sektorda çalışan mütəxəssis ixtisasartırma proqramlarında iştirak edib, 53 qurumda kibermaarifləndirmə təlimləri təşkil olunub, yeddi minə yaxın şəxs kibergigiyena üzrə biliklərini artırıb. 200-ə yaxın rəhbər şəxs üçün kibermaarifləndirmə təlimləri keçirilib. Bu təlimlər kibertəhlükəsizliyə yalnız texniki deyil, eyni zamanda, idarəetmə və strateji səviyyədə yanaşmanın vacibliyini göstərir".

RİNN rəsmisi qeyd edib ki, akademik istiqamətdə də mühüm addımlar atılıb:

"Bu çərçivədə ali və peşə təhsili müəssisələri ilə əməkdaşlıq əlaqələri qurulub. Əməkdaşlığın əsas məqsədi ali və peşə təhsili müəssisələrində kibertəhlükəsizlik və əlaqəli sahələr üzrə tədris olunan fənlərin sillabuslarının beynəlxalq tələblərə uyğun şəkildə təkmilləşdirilməsi, tələbə və müəllim heyətinin qabaqcıl beynəlxalq bilik və təcrübələrlə təmin edilməsidir. Bu əməkdaşlıq çərçivəsində beş ali təhsil müəssisəsində yeddi fərqli fənn üzrə tədris həyata keçirilib, üç kibertəhlükəsizlik məhsulunun hazırlanmasına dəstək göstərilib və üç beynəlxalq yarışa hazırlıq proqramı uğurla icra olunub. Həyata keçirilən bütün bu işlər "Azərbaycan Respublikasının İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizliyə dair 2023-27-ci illər üçün Strategiyası"nın uğurla icrasına və hədəflərin reallaşdırılmasına xidmət edir".

Məhərrəm Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
2
oxu.az

4Mənbələr