RU

Şəmkirdə ağır qəza: Ölən və xəsarət alan var - YENİLƏNİB

Fevralın 8-də saat 16:30 radələrində Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (kişi) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Cebheinfo.az" xəbər verir ki, Şəmkir Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Hazırda 1993 və 1994-cü il təvəllüdlü şəxslərin müalicələri Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.

1997-ci il təvəllüdlü şəxs isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

***

8 fevral, 23.11

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, Zəngilan rayon sakini, 1993-cü il təvəllüdlü Şükürlü Sucəddin Tacəddin oğlunun idarə etdiyi "Tofaş Şahin" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında olan ağaca çırpılıb.

Nəticədə sərnişin; İsmayıllı rayon sakini, 1988-ci il təvəllüdlü Mustafayev Altun Vəfadar oğlu hadisə yerində ölüb.

Sürücü və digər sərnişinlər; Quba rayon sakini, 1994-cü il təvəllüdlü Qurbanov Samir Eyvaz oğlu və Şamaxı rayon sakini, 1997-ci il təvəllüdlü Əsgərov Namiq Vüqar oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, sürücü və sərnişinlər Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin müddətdən artıq hərbi qulluqçularıdır.

"Cebheinfo.az"

Избранный
13
8
cebheinfo.az

10Источники