Ajans.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, qəzaya düşən hərbçilər Şəmkirdə Müdafiə Nazirliyi orta ixtisas təhsili pilləsinə ("Gizir hazırlığı kursu"na) gedirmiş. Qəza nəticəsində 1988-ci il təvəllüdlü Mustafayev Altun Vəfadar oğlu hadisə yerində ölüb. Mərhum Bakının Binə qəsəbəsində dəfn olunacaq. Onun 11 və 13 yaşlarında iki övladı qalıb.
