ain.az, Metbuat portalına istinadən məlumat verir.
Xəbər verdiyimiz kimi, 8 fevral günorta saatlarında Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Metbuat.az unikal.az-a istinadən xəbər verir ki, qəzaya düşən hərbçilər Şəmkirdə Müdafiə Nazirliyi orta ixtisas təhsili pilləsinə ("Gizir hazırlığı kursu"na) gedirmiş.
Qəza nəticəsində 1988-ci il təvəllüdlü Altun Vəfadar oğlu Mustafayev hadisə yerində ölüb. Mərhum Bakının Binə qəsəbəsində dəfn olunacaq.
Onun 11 və 13 yaşlarında iki övladı qalıb.
Sözügedən şəxsin fotosunu təqdim edirik:


Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.