İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli kriptovalyuta bazarına skeptik yanaşmağın vacibliyini vurğulayaraq bildirib ki, bu sahənin real iqtisadi əsasları və etibarlı təminatı yoxdur.
QHT.az xəbər verir ki, onun sözlərinə görə, kriptovalyutaların qiyməti əsasən tələb-təklif balansına söykənir, bazarda kəskin volatillik hökm sürür və bu da investorlar üçün yüksək risklər yaradır:
"Kriptovalyutanın sürətli bahalaşması və ya dəyər itirməsi maliyyə bazarlarında təlatümlərə səbəb olur və hazırkı mərhələdə bu alət sabit və proqnozlaşdırılan maliyyə vasitəsi hesab edilə bilməz".