RU

Hərbçilərimiz qəzaya düşdü - Ölən və yaralananlar var

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Hadisə Zəyəm-Sabirkənd yolunda qeydə alınıb. Zəngilan rayon sakini, 1993-cü il təvəllüdlü Şükürlü Sucəddin Tacəddin oğlunun idarə etdiyi "Tofaş Şahin" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində avtomobilin sərnişini - İsmayıllı rayon sakini, 1988-ci il təvəllüdlü Mustafayev Altun Vəfadar oğlu hadisə yerində ölüb.

 

Sürücü və sərnişinlər - Quba rayon sakini, 1994-cü il təvəllüdlü Qurbanov Samir Eyvaz oğlu və Şamaxı rayon sakini, 1997-ci il təvəllüdlü Əsgərov Namiq Vüqar oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

 

Qeyd edək ki, qəzaya düşənlər Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularıdır. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Unikal.az

Tarix: 9 Fevral 2026, 00:05   
Избранный
44
17
pravda.az

10Источники