AZ

Hərbçilərimiz qəzaya düşdü: ölən və yaralananlar var

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın "Unikal"a istinadən məlumatına görə, hadisə hadisə Zəyəm-Sabirkənd yolunda qeydə alınıb. Zəngilan rayon sakini, 1993-cü il təvəllüdlü Şükürlü Sucəddin Tacəddin oğlunun idarə etdiyi "Tofaş Şahin" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında olan ağaca çırpılıb. Qəza nəticəsində avtomobilin sərnişini - İsmayıllı rayon sakini, 1988-ci il təvəllüdlü Mustafayev Altun Vəfadar oğlu hadisə yerinə ölüb.

Sürücü və sərnişinlər - Quba rayon sakini, 1994-cü il təvəllüdlü Qurbanov Samir Eyvaz oğlu və Şamaxı rayon sakini, 1997-ci il təvəllüdlü Əsgərov Namiq Vüqar oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki qəzaya düşənlər Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularıdır. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
41
18
bakivaxti.az

10Mənbələr