ŞƏMKİR, 8 fevral. TELEQRAF
Şəmkir rayonunda bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə Sabirkənd kəndi ərazisində qeydə alınıb.
Zəngilan rayon sakini, 1993-cü il təvəllüdlü Sücəddin Şükürlünün idarə etdiyi "Tofaş Şahin" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında olan ağaca çırpılıb.
Qəza zamanı sərnişin, İsmayıllı rayon sakini, 1988-ci il təvəllüdlü Altu Mustafayev hadisə yerində ölüb.Sürücü və sərnişinlər, Quba rayon sakini, 1994-cü il təvəllüdlü Qurbanov Samir Eyvaz oğlu və Şamaxı rayon sakini, 1997-ci il təvəllüdlü Əsgərov Namiq Vüqar oğlu xəsarət alıblar.
Faktla bağlı araşdırma başlanılıb.