RU

Məsuliyyəti müdafiə xəttinin üzərinə atmazdım Saşa İliç

ain.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

"Məsuliyyəti müdafiə xəttinin üzərinə atmazdım" - Saşa İliç

Misli Premyer Liqasında 19-cu turu çərçivəsində "Sumqayıt" doğma meydanda "Zirə"yə 2:3 hesabı ilə məğlub olub.

QOL.az xəbər verir ki, "Sumqayıt" klubunun baş məşqçisi Saşa İliç matçdan sonra oyun barədə fikirlərini bölüşüb.

Mütəxəssis eksperimental müdafiə xətti ilə oynamalarının məğlubiyyətə səbəb olması fikri ilə razılaşmayıb. O, gənc futbolçu Vüsal Paşayevi tərifləyərək onun gələcəyi üçün nikbin danışıb. S.İliç buraxılan qolları və müdafiənin oyununu belə dəyərləndirib:

"Vüsal Paşayevi təbrik edirəm, çox yaxşı oynadı. Gələcəkdə klub üçün çox önəmli oyunçu ola biləcək. Hesab etmirəm ki, bu nəticə müdafiədəki dəyişikliklərlə bağlıdır. Rayanın mövqeyini dəyişdik. Çünki standart vəziyyətlərdə bizə lazımi yerlərdə olması üçün edirdik. Müəyyən məqamlarda daha yorğun görünürdü, amma bu da normaldır. Deməzdim ki, müdafə xəttinə görə uduzduq. Buraxdığımız ilk qolu müdafiə xəttinin səhvi kimi saymırıq. İkinci qol isə möhtəşəm cərimə zərbəsi idi. Üçüncü qolda hardasa müdafiə xəttinin səhvi oldu. Amma bu futboldur da, ona görə tam məsuliyyəti müdafiə xəttinin üzərinə atmazdım".

Mütəxəssis Rüstəmin komanda üçün vacib fiqur olduğunu, lakin zədə səbəbindən məşqlərdən kənarda qaldığını bildirib:

"O, komandamız üçün çox vacib oyunçudur. Rüstəmin zədəsi var idi, ona görə bir həftə məşq edə bilmədi. Formasını geri qaytarana qədər meydana sonradan daxil olur. Təbii ki, bu həftə məşqlərdə baxacağıq. Tam hazır olsa, onu qarşıdakı həftədən əsas heyətdə görəcəyik".

Baş məşqçi ehtiyat skamyasının geniş olmaması ("kasadlığı") ilə bağlı suala cavab verərkən, digər zədəli futbolçuların qayıdışına ümid etdiyini qeyd edib:

"Əslində, daha 2 futbolçumuz zədəlidir. Əgər onlar da oyuna qoşulsalar, bir az rahat olar. Mövcud oyunçulardan maksimum istifadə etməyə çalışacağıq".

Baş məşqçi qış toplanışının səmərəsiz keçməsi və nəticələrin zəif olması barədə tənqidlərə də cavab verib. O, hazırlıq prosesində bilərəkdən güclü rəqiblər seçdiyini vurğulayıb:

"Toplanışda öz istəyim olub ki, bizdən daha güclü çempionatda oynayan komandalarla oynayaq. Hazırlıq zamanı oyunların nəticəsi mənim üçün vacib deyil. Hesab etmirəm ki, toplanışımız zəif keçib". (sportal.az)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
43
2
qol.az

9Источники