AZ

Saşa İliç: Deməzdim ki, müdafə xəttinə görə uduzduq

sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Maraqlı oyun oldu, gözəl qollar gördük. Nəticədə biz uduzduq".

Sport24.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Saşa İliç Misli Premyer Liqasının 19-cu turunun "Zirə" ilə görüşündən sonra keçirilmiş mətbuat konfansında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

- Eksperimental müdafiə xətti ilə oyuna çıxmışdınız. Bunun məğlubiyyətinizə təsiri nə dərəcədə oldu? 

- Vüsal Paşayevi təbrik edirəm, çox yaxşı oynadı. Gələcəkdə klub üçün çox önəmli oyunçu ola biləcək. Hesab etmirəm ki, bu nəticə müdafiədəki dəyişikliklərlə bağlıdır. Rayanın mövqeyini dəyişdik. Çünki standart vəziyyətlərdə bizə lazımi yerlərdə olması üçün edirdik. Müəyyən məqamlarda daha yorğun görünürdü, amma bu da normaldır. Deməzdim ki, müdafə xəttinə görə uduzduq. Buraxdığımız ilk qolu müdafiə xəttinin səhvi kimi saymırıq. İkinci qol isə möhtəşəm cərimə zərbəsi idi. Üçüncü qolda hardasa müdafiə xəttinin səhvi oldu. Amma bu futboldur da, ona görə tam məsuliyyəti müdafiə xəttinin üzərinə atmazdım.

- Rüstəm Əhmədzadənin son vaxtlarda ehtiyatda qalması nə ilə bağlıdır? Daha çox sonradan meydana çıxır...

- O da komandamız üçün çox vacib oyunçudur. Rüstəmin zədəsi var idi, ona görə bir həftə məşq edə bilmədi. Formasını geri qaytarana qədər, meydana sonradan daxil ola bilir. Təbii ki, bu həftə məşqlərdə baxacağıq. Tam uyğun olsa, onu qarşıdakı həftədən əsas heyətdə meydanda görəcəyik.

- Ehtiyat skamyanız kasaddır. Qarşıda matçlar çoxdur. Bu məqam sizə nə dərəcədə problem yaradacaq?

- Əslində, 2 futbolçumuz da zədəlidir. Əgər onlar da oyuna qoşulsalar, bir az rahat olar. Mövcud oyunçulardan gələcəkdə maksimum istifadə edəcəyik.

- Mövsümün ikinci hissəsində yeganə qələbəniz "Karvan-Yevlax"la görüşdə qeydə alınıb. Bundan əlavə qış toplanışında da rəqiblərə uduzmusuz. Düşünmürsüz ki, qış toplanışı səmərəsiz keçib və komandanın performansında eniş müşahidə olunur? Bunu sırf toplanışla əlaqələndirmək olar ki, bəlkə rəqiblər düzgün seçilməmişdi..

- Toplanışda öz istəyim olub ki, bizdən daha güclü çempionatda oynayan komandalarla oynayaq. Özü də, hazırlıq zamanı oyunların nəticəsi mənim üçün vacib deyil. Hesab etmirəm ki, toplanışımız zəif keçib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
5
sport24.az

9Mənbələr