RU

Demçenko: “Futbolda bunlar yaxşı göstərici deyil” – ARENA.AZ

“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Azərbaycan Premyer Liqasının 19-cu turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş görüşü Naxçıvan təmsilçisinin 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Demçenko matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu gün yaxşı komanda ilə qarşılaşdıq. “Sabah” müdafiədə və hücumda yaxşı təşkilatlanmış kollektivdir. Öz səhvlərimiz ucbatından qapımızda qollar gördük. İlk dəqiqələrdən rəqib komandaya təzyiq göstərməyə çalışdıq. Pressinq komanda işidir. Bütün bunlara görə, ilk dəqiqələrdə üç qol buraxdıq. Halbuki, hücuma çıxmağı planlaşdırırdıq. Ardıcıl qollardan sonra futbolçuların əhval-ruhiyyəsi də aşağı düşdü. Hücum futbolu oynamaq üçün müəyyən istək olmalıdır. “Neftçi” ilə oyunda da eyni hadisə oldu. Bu gün futbolçularda narahatlıq göründü. Futbolda bunlar yaxşı göstərici deyil. Bunlar futbolçulara qərar verməyə mane olur. Biz hazırda komandanın müdafiədən hücuma uğurlu çıxması üzərində çalışırıq. Vaxt lazımdır, işləyirik. Komanda oyunu tək hücumdan yox, həm də müdafiədən asılıdır. 10 futbolçunun hər biri hücumda da, müdafiədə də oynamalıdır. Heç kimi bir-birindən ayırmaq istəmirəm. Bu gün bütün komanda olaraq uduzduq. Kimisə ayırmaq doğru olmazdı”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
3
9
arena.az

10Источники